“Avenue İnteriors” 2020-ci ildən etibarən Sizə xidmət edir.
Premium məhsulların istehsalçısı olan brendlərin birbaşa evinizə çatdırılmasını təmin edir.
5000 kv/m - ərazini əhatə edən interyer məkan - Avropanın və Amerikanın premium və lüks seqmentinə aid mebel, santexnika, işıqlandırma, parket, qab-qacaq və ev tekstilini alıcılarına təqdim edir.
Rahatlıq, keyfiyyət və zövqlü dizaynın bütün meyarlarına cavab verən “Avenue İnteriors” məhsulları xüsusi olaraq Sizin üçün seçilmişdir.
Avenue İnteriors Bakı və ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərməklə yanaşı, Qarabağ bölgəsində reallaşan layihələrin dizaynına da öz peşəkar töhfəsini verir.
Müştəri məmnuniyyətini ön planda saxlayan komandamız, beynəlxalq konseptual mağaza yanaşması ilə Sizi fərqli və yeni dünyalarla tanış edir.






























































