TIR ağırtonnajlı mühərrikli nəqliyyat vasitəsidir. Ümumiyyətlə, Azərbaycan dilində beynəlxalq nəqliyyat daşımalarında istifadə olunan çox oxlu yük maşınlarına TIR deyilir. Bu, heç də gizli nəqliyyat vasitəsi deyil. TIR “Transports International Routiers” və ya “Beynəlxalq yol daşımaları”nın qısa abbreviaturasıdır. O, yük daşınması üzrə beynəlxalq gömrük konvensiyasının fəaliyyəti çərçivəsində tətbiq olunub. O, hələ 1970-ci illərdən fəaliyyət göstərir. Konvensiya BMT-in Avtopa iqtisadi komissiyasının himayəsi altında Cenevrədə imzalanıb.