Türkiyə üçün toplanan yardımlar təmənnasız daşınacaq - FOTO

7 Fevral 2023 - 23:49
Türkiyə üçün toplanan yardımlar təmənnasız daşınacaq - FOTO

Hər zaman xeyriyyə aksiyalarında yaxından iştirak edən “KRİSTAL 2008” şirkəti Türkiyəyə yardım aksiyasına qoşulub.

Şirkət rəhbərinin göstərişi ilə zəlzələdən əziyyət çəkən insanlar üçün Azərbaycandan toplanan yardımların daşınması üçün iki yük avtonəqliyyat vasitəsi ayrılıb.

Şirkətdən verilən məlumata görə, ayrılan TIR-lar təmənnasız xidmət göstərəcək.

Bundan əlavə şirkətin xeyriyyə fondundan Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) ianə də köçürülüb.

“Kristal 2008” şirkəti adından başsağlığı da verilib.

Brands

Claudio Ranelli
Arblu
Malebra
Castro
Italamp