Şourumumuzun parket şöbəsində Portuqaliya istehsalı olan Castro Wood Floors brendi təqdim olunur. Bu brend Portuqaliyada taxta döşəmə sahəsində yüksək keyfiyyətin simvolu kimi tanınır.Məhsul çeşidinə massiv (solid) və çoxqatlı (multi-layer) döşəmələr, eləcə də açıq məkanlar üçün nəzərdə tutulmuş decking həlləri daxildir. Castro Wood Floors hər bir layihədə maksimum rahatlıq, funksionallıq və komfort təmin edərək, məkanın estetik və funksional dəyərini artırır.






























































