Avenue İnteriors-da Avropanın məşhur brendlərindən zərif qab-qacaq dəstləri və ev tekstili kolleksiyaları təqdim olunur. Bizim təklif etdiyimiz məhsullar arasında əl işləri ilə hazırlanmış çini qablar,gümüşdən və qızıldan hazırlanmış bıçaq-qaşıq dəstləri mövcuddur. Həmçinin, peşəkar və ev şəraiti üçün mükəmməl olan, yenilikçi dizayna sahib mətbəx qabları da mövcuddur. Ev tekstili bölməsində isə yüksək keyfiyyətli parçalardan hazırlanmış məhsullar təqdim olunur, bunlar yalnız komfort təmin etmir, həm də interyerinizə lüks bir görünüş qatır.






























































